• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Astara və Cəlilabadda məktəb açılışı

Sentyabrın 14-də yeni tikilmiş Astara rayonu Burzubənd kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. 

Açılış mərasimində Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov iştirak edib.

Qeyd edilib ki, yeni tikilmiş məktəb 360 şagird yerlikdir.  Məktəbdə 12 sinif otağı, 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabinetləri də fəaliyyət göstərəcək. 

Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

 

* * *

 

Sentyabrın 14-də Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin də tikintidən sonra açılış mərasimi keçirilib. 

Mərasimdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova və məktəb direktoru iştirak edib. 

624 şagird yerlik tədris binasında 25 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq kabinetləri də var. 

Açılışdan sonra məktəbin sinif otaqları, laboratoriya, idman zalı, akt zalı ilə tanışlıq olub. 


3 il əvvəl