• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini İdris İsayev Beyləqanda yeni tikilən məktəbin açılışında iştirak edib

Sentyabrın 14-də Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib. 

Açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Beyləqan Rayon  Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov iştirak edib. 

Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir.  24 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək.Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.

2020-2021-ci tədris ilində təhsil müəssisəsində 522 şagird, məktəbəhazırlıq qrupunda isə 52 uşağın  təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində  55 nəfər pedaqoji, 19 nəfər texniki işçi çalışır. Beyləqan rayonunda 1 lisey, 48 tam orta, 5 ümumi orta və 2 ibtidai olmaqla, ümumilikdə 55  ümumtəhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi  fəaliyyət göstərir.  

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 


3 il əvvəl