• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mingəçevirdə məktəb açılışı

Sentyabrın 12-də Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. 

Açılışda Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov iştirak edib. 

Bildirilib ki, məktəb 1176 şagird yerlikdir. Tədris binasında 36 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 668 şagird, məktəbəhazırlıq qrupunda 45 uşaq təhsil alır. Təhsil müəssisəsinin 59 nəfər pedaqoji, 23 nəfər texniki işçisi var. 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. 


3 il əvvəl