• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "AzerGold" QSC Fəaliyyət Planı imzalayıb

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "AzerGold" QSC arasında 2020-2021-ci illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb.        

Fəaliyyət Planı peşə təhsilinin nüfuzunun və cəlbediciliyinin,  mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, əmək bazarında tələb və təklifin uzlaşdırılması, tədrisin təşkili və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsini müəyyən edir.

Qeyd edək ki, “AzerGold” QSC-nin yeni mədən layihələrinin icrasının ən fəal mərhələsində, 2025-2029-cu illər ərzində böyük hissəsi texniki peşə təhsilli mütəxəssislər olmaqla 14 minə qədər şəxsin işə cəlb edilməsi nəzərdə tutulur. İxtisaslaşmış peşə sahiblərinə yaranacaq böyük tələbat nəzərə alınaraq tərəflər arasında imzalanan Fəaliyyət Planı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi, “AzerGold” QSC-nin fəal iştirakı ilə ehtiyac duyulan təyinatlar üzrə kadrlar yetişdiriləcək. Birgə əməkdaşlıq fəaliyyətinin nəticəsində peşə təhsilini uğurla başa vurmuş ixtisaslı kadrların təcrübi biliklərə yiyələnməsi və cəmiyyət tərəfindən müvafiq sahələr üzrə işlə təmin olunması nəzərdə tutulur.

Xatırladaq ki, tərəflər arasında imzalanan Fəaliyyət Planının hüquqi bazasını cari ilin may ayında qurumlar arasında qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış Anlaşma Memorandumu təşkil edir.


3 il əvvəl