• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili üzrə teledərslərin çəkilişi davam edir

Yeni tədris ilindən başlayaraq bir sıra peşə ixtisasları üzrə dərslərin “Dərs vaxtı” çərçivəsində yayımı davam etdiriləcək.

Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Aşpaz” və “Qənnadçı, şirniyyatçı” ixtisasları üzrə videodərslərin çəkilişi davam etməkdədir.  Peşə pilləsi üzrə teledərslərin dərs cədvəli qısa zamanda açıqlanacaq.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər, sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından, eləcə də https://video.edu.az/ platforması üzərindən də izləyə biləcəklər.

Qeyd edək ki, 2020-2021-ci tədris ilindən etibarən peşə təhsili pilləsi üzrə tədrisi aparılan əsas baza modullarının teledərslər formatında yayımlanması da nəzərdə tutulur. “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq teledərs formatı qismən tətbiq ediləcək. Teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib.


3 il əvvəl