• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsilinin müasirləşdirilməsi istiqamətində Avropa İttifaqı ilə yeni layihə

Sentyabrın 7-də Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığına dəstək və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5.6 milyon avro dəyərində yeni layihəyə başlayıb.

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dörd illik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan öyrənmə üçün peşə təhsili müəssisələrini müasirləşdirməkdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.

Layihə seçilmiş 7 peşə təhsili mərkəzinə innovativ layihələrin tətbiqi ilə infrastruktur, avadanlıqların müasirləşdirilməsi, habelə müxtəlif təlim və tədbirlərin dəstəklənməsi ilə Azərbaycanda peşə təhsili müəssisələrinin potensialının yüksəldilməsi məqsədinə xidmət edəcək. Peşə təhsili mərkəzlərində təhsil alan 5 mindən çox tələbə bu təşəbbüsdən faydalana biləcək.

Layihə karyera xidmətləri, rəqəmsallaşdırma vasitəsilə bacarıqların inkişafı, özəl sektorla əməkdaşlıq, həmçinin COVİD-19 pandemiyasının təsirlərini azaltmaq üçün müvafiq avadanlıq və vasitələrin satınalınması kimi müxtəlif sahələr üzrə işlərin icrasını nəzərdə tutur.

Layihə Avropa İttifaqının ‘Məşğulluq üçün Təhsil’ 2018 İllik Fəaliyyət Proqramı çərçivəsində maliyyələşdirilir.


3 il əvvəl