• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

TOPs proqramının VI mövsümünə onlayn yekun vurulub

Sentyabr 4-də TOPs proqramının VI mövsümünün başa çatması ilə bağlı 2019 - 2020-ci tədris ilinin yekunlarına dair onlayn videokonfrans keçirilib.  Tədbirə Təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council Azerbaijan” təşkilatının direktoru Samr Şah,  Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Filip Barklay, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTIA) rektoru Fuad Hacıyev,  İnkişaf Naminə İdman İctimai Birliyinin sədri Mehman Kərimov, TOPs layihəsinin rəhbəri Vəli Musayev, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar və Astara üzrə təhsil şöbələrinin müdirləri və metodistləri, layihəyə cəlb olunan müəllimlərlə birgə 200-dən çox iştirakçı qatılıb.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 2019-2020-ci tədris ilində TOPs proqramı 723 məktəbi, 1320 müəllimi, 168500 şagirdi əhatə edib. Bu tədris ilində 150 açıq dərs və 45 idman festivalı təşkil edilib. COVİD -19 pandemiyası dövründə də TOPs proqramı öz fəaliyyətini davam etdirib. Belə ki, pandemiya dövründə “Dərs vaxtı” verilişi üçün TOPs proqramı üzrə fiziki tərbiyə dərsləri hazırlanıb, müəllim və uşaqların iştirakı ilə #evdəqal #hərəkətsizqalma adlı onlayn aksiya, eləcə də müəllimlərlə pandemiyaya qarşı mübarizəyə həsr edilmiş vebinar həyata keçirilib, UNICEF Azərbaycan üçün “Ailənin idman xəzinəsi” mövzusunda #övladımlaevdə kampaniyasına dəstək göstərilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki,  TOPs proqramına Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilsə də, hazırda bütün respublika üzrə əhatəsinin genişləndirilməsi istiqamətində işlər görülür. Nazir müavini qeyd edib ki, məhz TOPs metodologiyası ilə inklüziv təhsil alan şagirdlərin də fiziki tərbiyə dərslərinə cəlb edilməsinin mümkünlüyü sevindiricidir.  Layihənin məramı barədə danışan Firudin Qurbanov deyib ki, əsas məqsəd təlimlər vasitəsilə müəllimlərin bacarıqlarını artırmaqla dərslərin inklüziv, fəal – interaktiv təlim vasitəsilə praktiki tədrisinə nail olmaqdır. Təlimlərdən sonra müəllimlərin dərsə yeni yanaşması formalaşıb və şagirdlərin dərsə marağı artıb.

ADBTİA-nın rektoru Fuad Hacızadə də öz növbəsində bildirib ki, artıq TOPs proqramı bu təhsil müəssisəsində fiziki tərbiyənin nəzəriyyəsi və metodikası fakültəsi üzrə magistr proqramı tələbələri üçün təhsil proqramına daxil edilib. Beynəlxalq təhsil sərgilərində 2 dəfə TOPs proqramının xüsusi təqdimatı təşkil edilib.

Bağlanış mərasimində müəllim fəaliyyətinin stimullaşdırılması üçün 2018-2019-cu tədris ilində keçirilmiş müsabiqələrin qalib ibtidai sinif və fiziki tərbiyə müəllimləri mükafatlandırılıb. Layihə müddətində təlimlərdə iştirak edən hər bir müəllimin sertifikatlaşdırılması da həyata keçirilib.

Qeyd edək ki,  "TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi Təhsil Nazirliyi, “British Council Azərbaycan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir. Ümumilikdə layihə 2014-2020-ci illər ərzində respublikanın 18 şəhər və rayonunun təhsil müəssisələrini əhatə edib. 973 məktəbin cəlb olunduğu layihədə 2006-sı fiziki tərbiyə müəllimi və 489 ibtidai sinif müəllimi olmaqla 3005 müəllim 3 günlük nəzəri və praktiki təlim kurslarında iştirak edib. TOPs proqramından yararlanan şagirdlərin sayı isə 524 500-ə çatıb. Ondan 242 400-ü qız, 282 100-ü isə oğlandır. TOPs təlimlərində öyrədilənlər əsasında bu dövrdə müəllimlər 810 “açıq dərs”, 203 idman festivalı keçirib. Festivallar “Bakı 2015 Avropa Oyunları”, “Bakı 2017 İslam Həmrəyliyi Oyunları” və “Bakı 2019 Avropa Gənclər Festivalı”nın əsas tədbirlərinə daxil olan proqram əsasında təşkil edilib.

TOPs metodikası Birləşmiş Krallıqda dövlət və özəl məktəblərdə tətbiq olunan ən uğurlu fiziki tərbiyə metodikası hesab olunur.


3 il əvvəl