• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Sentyabrın 3-də müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib.

Təhsil Nazirliyinin tabeliyindəki T.Həsənov adına 23 nömrəli tam orta məktəbə təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, media nümayəndələri iştirak ediblər. Mediatur iştirakçıları imtahan prosesi ilə yaxından tanış olub, namizədlərlə söhbət edib, onlara uğurlar arzulayıblar.

Mediaturda iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, 15 gündür müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir. Test imtahanı mərhələsində iştirak hüququ qazanmış 46 min 228 nəfərdən 31 min 181 nəfəri artıq imtahan verib. Nazir müavini qeyd edib ki, bu il müsabiqəyə ümumilikdə 8 minə yaxın vakansiya çıxarılması gözlənilir.

İmtahanlarla bağlı car ildə edilən dəyişikliklər bir daha media nümayəndələrinin diqqətinə çatdırılıb. Bildirilib ki, imtahanlar Bakı ilə yanaşı 17 regionda yaradılmış 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir. İmtahan vaxtı bitdikdən 10 dəqiqə sonra namizədlərə doğru və səhv cavabları ilə tanış olmaq imkanı yaradılır. İndiyədək 4 fənn üzrə maksimum nəticə göstərilib. İmtahanların sentyabrın 8-dək davam etməsi nəzərdə tutulur.

Bundan başqa, avqustun 24-dən indiyədək müəllimlərin işə qəbulu imtahanları ilə bağlı 1666 namizədin apellyasiya müraciəti etdiyi də qeyd edilib.


3 il əvvəl