• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsi yekunlaşıb

Sentyabrın 2-də peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulu yekunlaşıb. 

26 avqust – 2 sentyabr tarixlərində keçirilən sənəd qəbulu zamanı uğurlu nəticə göstərənlərin 84.2 faizi müvafiq sənədlərini qəbul olunduqları peşə təhsili müəssisələrinə təqdim edib.

2020-2021-ci tədris ili üzrə müraciət edən şəxslər arasında yalnız ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər deyil, həmçinin orta ixtisas və ali təhsili başa vurmuş şəxslər də yer almaqdadır. Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsi çərçivəsində 109 orta ixtisas təhsilli və 73 ali təhsilli şəxs müraciət edib. 

Qısa müddət ərzində boş qalmış yerlər üzrə peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə start veriləcək. I mərhələdə olduğu kimi peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər II mərhələdə də elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər. Qeyd olunan mərhələ üzrə qəbulun başlama zamanı və qəbul şərtləri barədə məlumat yaxın günlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində yer alacaq.


3 il əvvəl