• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfransda iştirak edib

Avqustun 31-də “Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur” adlı onlayn konfrans keçirilib.

Onlayn konfransda Təhsil nazirinin müavini Firudin Qurbanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva pandemiya dövründə tətbiq olunan karantin rejimi çərçivəsində təhsilin təşkili məsələləri ilə bağlı “Uşaq Səfirlər Məclisi”nin üzvlərini maraqlandıran sualları cavablandırıblar. 

Konfransı giriş nitqi ilə açan Komitə sədrinin müavini Aynur Sofiyeva “Uşaq Səfirlər Məclisi” üzvlərinin təşəbbüsləri əsasında bu istiqamətdə keçirilən tədbirləri müsbət qiymətləndirib. Təhsilin uşaqların həyatında mühüm rolunu, eyni zamanda, hazırda davam edən pandemiya şəraitində tədrisin təşkili məsələsinin aktual olduğunu qeyd edib. Aynur Sofiyeva bildirib ki, uşaqlar pandemiya dövründə təhsilin təşkili istiqamətində onları maraqlandıran bir çox sualları ümumiləşdirərək belə bir görüşün keçirilməsi xahişi ilə Komitəyə müraciət ediblər.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov uşaqları salamlayaraq xüsusi karantin rejimi dövründə təhsilin təşkili məsələləri barədə onlara ətraflı məlumat verib. Təhsil sahəsinin pandemiya şəraitində bir sıra çağırışlarla qarşılaşdığını vurğulayan nazir müavini informasiya və kommunikasiya məsələlərinin hazırkı dövrdə öz aktuallığını daha da artdığını diqqətə çatdırıb.  Firudin Qurbanov uşaqlara daim öz üzərində işləmək, çalışqan olmaq kimi tövsiyələr verərək, dövlətə, valideynə hörmətin, vətənə sevginin uşaqlar qarşısında bir vəzifə olaraq qoyulmasının əhəmiyyətini vurğulayıb.

Konfransın moderatoru, “Uşaq Səfirlər Məclisi”nin həmsədri Aydan Hacıyeva uşaqların təklifi ilə konfransın təhsil məsələlərinə həsr edilməsinin onlar üçün əhəmiyyətli olduğunu və Təhsil nazirinin müavini ilə həmsöhbət olmaq fürsəti yaratdığına görə Komitə rəhbərliyinə, eləcə də Firudin Qurbanova təşəkkürünü bildirib.

Daha sonra uşaqların pandemiya şəraitində təhsildə yeni layihələrin həyata keçirilməsi, növbəti dərs ilinin təşkili qaydaları, şagirdlərin internetə çıxış imkanlarının artırılması, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların onlayn təhsilə əlçatanlığının təmin edilməsi, pandemiya dövründə xaricdə təhsil imkanları, peşə təhsilinin təşviqi istiqamətində çoxsaylı sualları cavablandırılıb.

Uşaqlar tərəfindən səsləndirilən suallara cavab olaraq Firudin Qurbanov pandemiya ilə bağlı mövcud vəziyyətə uyğun yeni və səmərəli metodların işlənib hazırlandığını, həmçinin uşaqların təhlükəsizliyi nəzərə alınaraq dərslərin növbəlilik prinsipi əsasında təşkilinin nəzərdə tutulduğunu bildirib. Nazir müavini həmçinin müasir texnologiyalar vasitəsilə peşə təhsilinin təşviqinin aparılması istiqamətində görüləcək işlərdən danışaraq peşə təhsilinin önəmi barədə uşaqlara məlumat verib.

Konfransın sonunda moderator Aydan Hacıyeva ətraflı cavab və tövsiyələrə görə Komitə sədrinə və Təhsil nazirinin müavininə minnətdarlığını bildirib.


3 il əvvəl