• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbdənkənar dərnəklərə yekun vurulub

“Virtual məktəb” platforması üzərindən təşkil olunan məktəbdənkənar dərnəklərin fəaliyyəti başa çatıb.

Dərnəklər şagirdlərin tətil vaxtını faydalı və maraqlı keçirmələrinin təmin edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.

Cari ilin iyul ayının əvvəllərindən başlayan və iki ay müddətinə 6 fərqli istiqamət - “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” üzrə davam edən dərnəklərdə 20 mindən çox məktəbli iştirak edib.

"COVID-19” pandemiyası ilə əlaqədar onlayn platformada şagirdlərin maraqlarına uyğun olaraq təşkil edilən dərnəklərdə Azərbaycan və rus bölmələri üzrə şagirdlərə bədii əsərlərin düzgün oxunuşu, toxuma və əl işlərinin hazırlanması, şahmat, milli və xarici rəqslər öyrədilib, xalq çalğı alətləri haqqında geniş məlumatlar verilib.

Bundan əlavə, dərnəklərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün məşğələlərin videoyazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdirilərək onları təkrar izləmək imkanı yaradılıb.


3 il əvvəl