• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Elektron sənəd qəbulunda ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, yaxud bir ixtisasdan digərinə dəyişmək istəyən, magistratura səviyyəsində təhsil alan, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib. Sənəd qəbulu 17-23 avqust tarixlərində aparılıb.

Transfer.edu.az portalı vasitəsilə 1303 tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 92 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3001 nəfər təşkil edib. Onlardan 978 nəfəri öz sorğusunu təsdiq edib.

Nəticələr sentyabr ayında elan olunacaq.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 


3 il əvvəl