• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 24-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib.

Görüşü giriş sözü ilə təhsil nazirinin müavini Elmar Qasımov açaraq qeyd edib ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilməkdədir. E.Qasımov mühüm əhəmiyyətə malik olan bu proqramın Azərbaycan gənclərinin müasir tələblər səviyyəsində ali təhsil almaları üçün lazımi şəraitin yaradılmasına, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində prioritet ixtisaslar üzrə təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini hələ ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildiyini və həmin siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, dövlət başçısının təhsil sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
E.Qasımov 2007-2008-ci tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan 7 nəfərin artıq məzun olaraq Azərbaycana dönüb iş fəaliyyətinə başlaması, ölkəmizdə ehtiyac duyulan ixtisaslar üzrə 2008-2009-cu tədris ilində dünyanın yüksək reytinqə malik olan 81 ali məktəbində təhsilin müxtəlif pillələrində 186 nəfər azərbaycanlı gəncin təhsil alması və başa çatan tədris ilində onlardan 35 nəfərinin məzun olacağı barədə görüş iştirakçılarına məlumat verib. Nazir müavini həmçinin 2009-2010-cu tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil alacaq gənclərin sayının iki dəfə artırılmasının nəzərdə tutulduğunu, gənclərin xaricdə təhsilinin təşkilində Təhsil Nazirliyi ilə birgə İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondu tərəfindən lazımi tədbirlər görüldüyünü də diqqətə çatdırıb.
Çıxışının sonunda E. Qasımov tələbələrə təhsil aldıqları ölkələrdə respublikamızı layiqincə təmsil etməyi tövsiyə edib, onları azərbaycançılıq ideyalarının, Azərbaycan həqiqətlərinin dünyada yayılması işində fəal olmağa səsləyib, gənclərin təhsildə uğur qazanacaqlarına əminliyini bildirib.
Görüşdə iştirak edən İqtisadi İnkişaf Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələri dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanan tələbələrə, onların valideynlərinə xoş arzularını çatdırıb və ölkəmizin gələcək inkişafında layiqli kadr kimi onların mühüm rol oynayacağından söz açıblar.
Sonda xarici ölkələrin ali məktəblərindən məzun olmuş və Dövlət Proqramı çərçivəsində qəbul edilmiş tələbələr yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edib və bu etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.


8 il əvvəl