• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH müəllimləri onlayn ixtisasartırma kurslarında iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH müəllimləri 1-15 iyul 2020-ci il tarixlərində Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun (Российский государственный институт сценических искусств-ГИТИС) təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak edib.

Yarım ay davam edən kurslar peşəkar aktyor, rejissor və teatr pedaqoqları üçün nəzərdə tutulub. ADMİU-nun müəllimləri kurs çərçivəsində RDSSİ-in rektoru Q.Zaslavski, Rusiya Federasiyasının Xalq Artisti, Dram rejissorluğu kafedrasının müdiri professor İ.Rayhelhauz və bir sıra əməkdar incəsənət xadimləri, görkəmli teatr pedaqoqlarının məşğələlərində iştirak ediblər.

Bununla yanaşı, aktyor sənəti, səhnə danışığı, səhnə hərəkəti və digər fənlərin onlayn tədrisinin daha keyfiyyətli şəkildə keçirilməsi üçün professor-müəllim heyəti ilə müxtəlif müzakirələr aparılıb.

ADMİU SABAH mərkəzinin təşəbbüsü ilə tədrisin keyfiyyətinin qaldırılması məqsədilə təşkil edilən ixtisasartırma kursunda iştirak edən müəllimlər təlimi uğurla başa vurduqları üçün sertifikat alacaqlar.

Qeyd edək ki, bu vaxtadək praktiki dərslərin onlayn keçirilmə təcrübəsi olmadığı üçün bu ixtisasartırma kursları mövcud vəziyyətdən çıxış yolu kimi bir sıra məsələlərin həllinə müsbət təsir göstərəcək. Bununla əlaqədar, yeni təcrübələrin tətbiqi üçün ADMİU SABAH mərkəzinin tələbələrinə avqust ayında onlayn dərslərin keçirilməsi nəzərdə tutulur.


3 il əvvəl