• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə Təhsil Mərkəzinin kadr hazırlığı istiqamətində növbəti təşəbbüsü

Koreya peşə təhsili standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Active Group” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Active Group” MMC şirkəti dünya avtomobil ehtiyat hissələri bazarında qabaqcıl sayılan “BOSCH”, “TOTAL”, “DELPHI”, “SCHAEFFLER GROUP” və s. distribyutor şirkətlərin beynəlxalq qrupu olan “Nexus Automotive İnternational”ın rəsmi üzvüdür. Memoranduma əsasən, birgə fəaliyyət dövründə peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində işlərin görülməsi prioritet vəzifələrdən hesab olunur.

Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Active Group” şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığını öz qarşısına başlıca öhdəlik kimi təyin edən Mərkəz, dövlət və özəl sektorda əməkdaşlıq çərçivəsini artıq kifayət qədər genişləndirib.


3 il əvvəl