• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Virtual BİR mən” layihəsi çərçivəsində “Vətənpərvərlik” mövzusunda görüş

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə keçirilən "Virtual BİR mən" adlı layihə davam edir. Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtlarının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlar və dünyagörüşlərinin artırılması və şəxsi inkişaflarının təmin olunmasıdır.

“Vətənpərvərlik” mövzusunda keçirilən növbəti onlayn görüşdə Azərbaycan ordusunun zabiti, Aprel döyüşlərinin iştirakçısı, II qrup Qarabağ əlili Əhliyət Mehdiyev və ehtiyatda olan baş gizir, II qrup Qarabağ əlili Elşən Cəbiyev iştirak edib. Görüşə 150-dən çox tələbə-könüllü qatılıb, vətənpərvərlik, qəhrəmanlarımız və tələbələrin bu istiqamətdə sosial şəbəkələrdə fəal olması barədə danışılıb, həmçinin tələbə-könüllülərin sualları cavablandırılıb.

Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 24 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

 


3 il əvvəl