4-cü Avropa Fizika Olimpiadasında qazanılan uğur
20-26 iyul 2020-ci il tarixlərində fizika fənni üzrə onlayn şəkildə 4-cü Avropa Fizika Olimpiadası (EuPhO 2020) keçirilib. 57 ölkənin məktəblilərinin qatıldığı olimpiada nəzəri və praktiki hissələrdən ibarət olub.
Azərbaycan məktəbliləri bu bilik yarışında 1 bürünc və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc medal, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Köçəri Əsgərov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Sirac Yəhyazadə həvəsləndirici mükafata layiq görülüblər.
3 il əvvəl
Digər xəbərlər
-
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22