• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Virtual BİR mən” layihəsi üzrə ilk vebinar

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə "Virtual BİR mən" adlı layihəyə start verilib. Layihənin əsas məqsədi tələbə-könüllülərin asudə vaxtının səmərəli dəyərləndirməsinə şərait yaradılması, bilik, bacarıqlarının artırılması və şəxsi inkişafının təmin olunmasıdır.

 “Virtual BİR mən” layihəsinin ilk vebinarı Ümumdünya Səhiyyə Təşkilatının ( World Health Organization Azerbaijan ) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, BMT könüllüsü Fənarə Bünyadzadənin iştirakı ilə "Beynəlxalq könüllülük" mövzusunda keçirilib. 100-dən çox tələbə-könüllünün iştirak etdiyi vebinarda könüllülülərin beynəlxalq arenada təmsilçiliyi, BMT könüllüləri haqqında məlumat verilib və tələbə-könüllülərin sualları cavablandırılıb.

  Onlayn layihə çərçivəsində tələbə-könüllülər üçün peşəkar təlimçi və müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə təlim, vebinar və görüşlər keçiriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 24.000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtını səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.


3 il əvvəl