• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Çin Xalq Respublikasında təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 24 nəfər Azərbaycan Respublikası vətəndaşı 2020-2021-ci tədris ili üzrə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 24 nəfər bu ölkənin “Peking University”, “China University of Petrolium-Beijing”, “University of Science and Technology Beijing”, “Yanshan University”, “Xiamen University”, “Tsingua University” kimi ali təhsil müəssisələrində neft mühəndisliyi, proqramlaşdırma və kompüter elmləri, beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (4 nəfər), magistratura (18 nəfər)  və doktorantura (2 nəfər) səviyyələri üzrə  təhsil almaq hüququ qazanıb.

Müvafiq təqaüd proqramı barədə elan ötən ilin 28 noyabr tarixində verilib.


3 il əvvəl