• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rusiyada təhsil imkanı

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir.

Bakalavriat səviyyəsi üzrə elan edilən təhsil proqramı çərçivəsində tədris rus dilindədir. Təhsil müddəti isə 4 il nəzərdə tutulub.

Namizədlər üçün son müraciət tarixi 16 iyul 2020-ci ildir.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan sənədlərin surətlərini info@dim.gov.az  elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.


3 il əvvəl