Peşə Təhsil Mərkəzinin məzunları üçün yaradılan iş imkanları
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Veb dizayner və proqram təminatçısı” ixtisasının məzunları ilə virtual görüşlər keçirilib.
Azərbaycan Respublikası Təhsil şəbəkəsinin internet operatoru olan “AzEduNet” və “Edumedia-Azərbaycan” şirkətlərinin mütəxəssisləri ilə birlikdə baş tutan görüşlər "Microsoft Teams" platforması üzərindən təşkil edilib. Əsas məqsəd qeyd olunan şirkətlər tərəfindən Mərkəzin təhsilalanları ilə ümumi fəaliyyət istiqamətlərinə dair iş təcrübələrini bölüşmək, təhsilalanların tədris ili ərzində mənimsədikləri bilik və bacarıqlara dair məlumatlanmaq, şirkət üçün seçim meyarlarını müəyyən etmək və təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlara iş imkanları yaratmaqdan ibarət olub.
Qeyd edək ki, görüşlər zamanı sözügedən şirkətlərin mütəxəssisləri ilə Mərkəzin təhsilalanları arasında yeni və interaktiv xidmət və həllərə, İKT xidmətlərinə, müasir avadanlıqların effektivliyi və funksionallığına dair müzakirələr aparılıb. Həmçinin məzunların sualları cavablandırılıb.
3 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10