• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb

2020-ci ilin I yarımili ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsil müəssisələrinin birləşməsi nəticəsində onların bazasında yaradılan daha 4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusunu əldə edib.

Publik hüquqi şəxs statusu əldə edən müəssisələr arasında Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiylar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzi yer almaqdadır.

Qeyd edək ki, sözügedən mərkəzlər ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq nizamnamələrində nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, subbakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, həmçinin dövlət təhsil standartlarına uyğun olaraq təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək, eləcə də qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarına malik olacaqlar.

Növbəti mərhələdə daha 20 Peşə Təhsil Mərkəzinin publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulur.


3 il əvvəl