• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib. Məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir. 

İstifadəçilərin rahatlığını təmin etmək üçün yaradılmış yeni internet səhifəsi “HTP haqqında”, “Təqaüd ölkələri”, “Tələbələr”, “Məzunlar”, “Elektron xidmətlər” və “Əlaqə” bölmələrindən ibarətdir. Bu bölmələrə daxil olmaqla aidiyyəti üzrə ətraflı məlumat əldə etmək mümkündür. 

Həmçinin sözügedən internet səhifəsi mobil telefon və planşet istifadəçilərinin rahatlığı üçün də uyğunlaşdırılıb. Bununla yanaşı, HTP-nin "Facebook" səhifəsi də istifadəyə verilib. 


3 il əvvəl