• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şagirdlərimiz beynəlxalq müsabiqədə qalib oldu

Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar ( BIEA 2020) müsabiqəsində ölkəmizi təmsil edən komanda uğur qazanıb.

Finalda yer tutan 12 komandadan biri də Azərbaycan komandası olub. Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov "Best Effort Award" nominasiyası üzrə yarışmanın ən yaxşısı seçiliblər.

2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. 

Şagirdlərimizin nailiyyəti haqda məlumat xarici mətbuatda da (https://www.openpr.com/news/2080685/innovation-from-young-scientists-to-tackle-beach-plastic-waste) dərc olunub. 

 


3 il əvvəl