• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dərsliklərlə bağlı yeniliklər

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.

Ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib. Həmçinin növbəti tədris ilində birinci siniflər üçün “Azərbaycan dili (tədris dili)” və “Riyaziyyat” fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək.  Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək.

I siniflər üçün “Musiqi” və “Texnologiya”, V siniflər üçün “Fiziki tərbiyə”, “Rus dili (ikinci xarici dil)” və “İngilis dili (ikinci xarici dil)” dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi.

I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin I sinif "Musiqi", V sinif “Azərbaycan dili (dövlət dili)” dərslikləri üçün də hazırlanıb.

Cari ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.

Dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185 699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulur.


3 il əvvəl