• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Ceyhun Bayramovun Respublika fənn olimpiadalarının qaliblərinə təbriki

Əziz Respublika fənn olimpiadalarının qalibləri,

Sizi qazandığınız uğur münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək təhsilinizdə sizə yeni nailiyyətlər arzu edirəm.

Mövcud pandemiya şəraiti bir çox planlarımızın, görəcəyimiz işlərin təxirə düşməsinə səbəb oldu. Amma biz bu şəraitdən də müəyyən çıxış yolları tapdıq. Pandemiya dövründə yaşanan çətin günlərdə qazandığınız uğurlar bizi çox sevindirdi. Şübhəsiz ki, uğurlara sahib olmağınızda yüksək fədakarlıq göstərən müəllimlərimizin əməyi də danılmazdır. Bu günlərdə mövcud imkanlar səfərbər edildi, hər kəs təhsilimiz üçün böyük səy göstərdi.

Ölkəmizin sizin kimi parlaq zəkaya sahib övladlarının olduğunu bilmək gələcəyə inamımızı daha da artırır. Mən çox şadam ki, siz bu günlərdə ruhdan düşmədiniz və daha da əzmlə çalışaraq böyük nailiyyət əldə etdiniz. Gələcək sizin ağlınızda, zəkanızda və çalışqanlığınızdadır.

Hər birinizi bir daha qalib olmağınız münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram.


3 il əvvəl