• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının qalibləri

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub. Olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib.

Qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla 158 ümumi təhsil müəssisəni əhatə edir. Onlardan 101 nəfəri qız, 219 nəfəri isə oğlandır.

Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 10 qızıl medalçı – “Birincilərin birinciləri” nominasiyasına layiq görülüb. 

Qeyd edək ki, 2019-2020-ci tədris ilində olimpiadaya 34 minə yaxın şagird qatılıb. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 

Respublika fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri


3 il əvvəl