• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbdənkənar təhsil müəssisəsi yetirmələrinin qalibiyyəti

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi "Sing at Home" 2020 ("Evdə oxu") onlayn beynəlxalq müsabiqəsində uğurla təmsil olunub.

Müsabiqə Beynəlxalq İtaliya Festival Assosiasiyası tərəfindən COVID-19 infeksiyası ilə bağlı onlayn şəkildə təşkil edilib. Məqsəd digər dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsini təmin etmək, uşaq və gənclər arasında dostluq münasibətlərini yaratmaq, istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.

Müsabiqəyə qatılan mərkəzin 13 dərnək üzvü "Vokal", "İnstrumental ifa" nominasiyaları üzrə qalibiyyət əldə ediblər. Nəticələrə əsasən, saz alətində  "Naxçıvani" havasını uğurla ifa edən mərkəzin dərnək üzvü Kənan Gülməmmədov beynəlxalq münsiflər heyəti tərəfindən 100 balla qiymətləndirilərək "Qran-pri" mükafatına, nağara və mahnı ifalarına görə Mirelmir Seyidov və Cəmilə Məmmədli I, 4 nəfər II, 8 nəfər isə III yerə layiq görülüb. 

Təşkilat Komitəsi tərəfindən müsabiqədə yer tutmuş 3 nömrəli Uşaq-Gənclər Mərkəzinin istedadlı dərnək üzvləri, eləcə də müsabiqəyə münsif kimi dəvət olunmuş mərkəzin direktoru Lalə Qəti və dərnək rəhbərləri diplomlarla təltif olunublar.


3 il əvvəl