• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şagirdlərimiz beynəlxalq müsabiqənin finalında

Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar müsabiqəsinə qatılaraq finalda iştirak hüququ qazanıblar.

Liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov iyunun 24-də "British Education Association"-nın (BİEA) təşkilatçılığı ilə onlayn həyata keçirilən final  müsahibəsində iştirak ediblər.

2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Müsahibəyə finalçılarla yanaşı onların elmi rəhbəri Samir Orucov da qoşulub, mühəndislik sahəsində hazırlanmış layihə yüksək səviyyədə təqdim olunub.

Azərbaycandan həmin yarışmaya ilk dəfə qatılan şagirdlərə uğurlar diləyirik.


3 il əvvəl