• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirici tədbirlər

İyunun 24-də "Virtual məktəb” layihəsi çərçivəsində "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil imkanları” mövzusunda onlayn tədbir keçirilib.

Tədbir mərkəzin peşəyönümü işlərinin planına uyğun olaraq, mərkəzin müəllim və pedaqoji-mühəndis heyətinin iştirakı ilə baş tutub. Məqsəd gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirmə işlərinin aparılması və peşə təhsilinin vacibliyinin aşılanmasıdır.

Görüşdə mərkəzdə tədris olunan “Avtomobil diaqnostikası və təmiri üzrə usta”, “Veb dizayner və proqram təminatçısı”, “Avtomatika üzrə usta”, “İnşaat ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” , “Elektronika ustası” , “Torna və frezer dəzgahlarının operatoru” və “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasların təqdimatı nümayiş olunub,  bu ixtisaslara qəbul qaydaları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbir çərçivəsində 2019-2020-ci tədris ilini uğurla başa vurmuş Təhsil Mərkəzinin təqdimatı olub. Tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat verilib, zəngin maddi-texniki baza imkanlar təqdim edilib, strukturda mövcud olan emalatxana və laboratoriya otaqlarına virtual turlar təşkil olunub.

Eyni zamanda görüşdə işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən söz açılıb. Qeyd olunub ki, Mərkəzin əsas missiyası müasir tələblərə və qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrlar hazırlamaq və onları tərəfdaş şirkətlərdə iş imkanları ilə təmin etməkdir.

Görüşün sonunda ünvanlandırılan bütün suallar iştirakçılar tərəfindən cavablandırılıb.

Qeyd edək ki, 12, 18 iyun tarixlərində də Mərkəz tərəfindən “Virtual məktəb” layihəsi çərçivəsində peşəyönümü üzrə təbliğat xarakterli distant tədbirlər həyata keçirilib.

 


3 il əvvəl