• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalında

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalına əlavə olunur.

Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həlli üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığının inkişafına xidmət edən bu dərslər abituriyentlərə imtahana daha yaxşı hazırlaşmağa imkan verəcək.

Canlı olaraq dərsləri izləyə bilməyən və yaxud mövzunu təkrar etmək istəyən X-XI sinif şagirdləri “Virtual məktəb”də dərsləri yenidən izləmək imkanı əldə edəcəklər. Bunun üçün “Teams > General” bölməsində müvafiq olaraq “Abituriyentlər” altbölməsinə daxil olmaq lazımdır.

Qeyd edək ki, hər gün təhsil imkanları genişləndirilən “Virtual məktəb”də yerli və beynəlxalq səviyyəli yeni interaktiv alətlər, tədris məzmunlu resurslar əlavə olunur. Portalda video və audio dərslər keçirilir, teledərslər izlənilir,  həmçinin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadə edilir. Yaradılmış xüsusi qruplarda məktəb rəhbərliyi və müəllimlərlə birgə pedaqoji şuralar, valideynlərlə iclaslar keçirilir, şagirdlər tərəfindən həftəlik tapşırıqlar həll edilir, müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar təşkil edilir.

 


3 il əvvəl