• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Vyetnamda təhsil imkanı

Vyetnam Milli Universitetinin Beynəlxalq Frankofoniya İnstitutu 2020-2021-ci il tədris ili üzrə Vyetnam Milli Universiteti və Fransanın “University of La Rochelle” ali təhsil müəssisəsi ilə birgə həyata keçirdiyi təqaüd proqramını elan edir. 

Magistratura səviyyəsi üzrə nəzərdə tutulan təqaüd proqramı çərçivəsində təhsil müddəti 2 ildir.

Son müraciət tarixi 15 iyul 2020-ci ildir.

Təqaüd proqramı ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.


3 il əvvəl