• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili mərkəzində gündəlik 50 min maska istehsal edilir

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin  “Save Tekstil” MMC ilə birgə başladığı tibbi maska istehsalı uğurla davam etdirilir.

İstehsal gücünün artırılması məqsədilə Türkiyə və Çindən əlavə olaraq 10 yeni avadanlıq gətirilərək istehsal sahəsində quraşdırılıb.  İstehsal prosesinə cəlb edilən, müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın Peşə Təhsil Mərkəzinin məzunu 2 növbəli rejimlə işləyir ki, bu da istehsal prosesinin fasiləsiz aparılmasını təmin edir.

İlkin istehsal dövrü ilə müqayisədə gündəlik istehsal imkanı 3 dəfədən çox artırılaraq, 15 000 maskadan  50 000 maskaya çatdırılıb.  Yaxın zamanlarda günlük istehsal gücünün 80 000 maskaya çatdırılması planlaşdırılır.

Qeyd edək ki, müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldilib. Hazırda istehsal olunan maskalar ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satışdadır.


3 il əvvəl