• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş "dəyirmi masa"lar

4-12 iyun tarixlərində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin pedaqoji heyəti tərəfindən dərnək üzvləri üçün Azərbaycanın görkəmli yazıçısı, dövlət xadimi, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş onlayn "dəyirmi masa"lar təşkil edilib.

Məqsəd Azərbaycan ədəbiyyatının qabaqcıl ideya və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış Nəriman Nərimanovu gənc nəslə tanıtmaq, xatirəsini əziz tutmaq, həmçinin uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

"Dəyirmi masa"larda uşaq-gənclər inkişaf mərkəzlərindən müxtəlif dərnəklər üzrə ümumilikdə 1000-ə yaxın dərnək üzvü, 70-dən artıq pedaqoji heyət iştirak edib. Pedaqoji heyət tərəfindən Nəriman Nərimanovun bədii yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən danışılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb, həmçinin yazıçının elmi əsərlərindən nümunələr səsləndirilib, dərnək üzvlərinin hazırladıqları rəsmlər, videoçarxlar nümayiş olunub.


3 il əvvəl