• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 5-də "Gülüstan" sarayında rəhbər təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilib.

       Konfransda Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, deputatlar, nazirlik və dövlət komitələrinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri iştirak ediblər.
       İştirakçılar əvvəlcə Azərbaycan təhsilinin nailiyyətlərindən bəhs edən kitab sərgisinə baxıblar.
       Aparıcıları uşaq parlamentinin üzvləri olan konfransda məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, təhsil sahəsində dövlət siyasətini əks etdirən videoçarx nümayiş etdirilib.
       "2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayaraq bildirib ki, son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısının təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olub. Ölkə Prezidentinin bu yaxınlarda imzaladığı "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında Sərəncamından söz açan Misir Mərdanov qeyd edib ki, dövlətimizin başçısı cari ildə də təhsil sahəsini diqqət mərkəzində saxlayıb, bir neçə istiqamət üzrə dövlət proqramları təsdiq edilib. Nazir deyib ki, dünyanı cənginə almış iqtisadi böhrana baxmayaraq Azərbaycan hökuməti təhsilin inkişafına əvvəlki illə müqayisədə 238 milyon manat çox vəsait ayırıb, 2008-2009-cu illərdə 247 nəfər təhsil işçisi müxtəlif fəxri adlara, o cümlədən 154 nəfər "Azərbaycan Respublikasının əməkdar müəllimi" adına layiq görülüb.
       Ötən il YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə ölkəmizdə keçirilən "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransından söz açan nazir tədbirdə dünyanın 150-dən çox ölkəsini təmsil edən ekspertlərin iştirak etdiyini bildirib.
       "Təhsil haqqında" Qanunun qəbul olunmasından, məktəbəqədər təhsildən, orta təhsilin vəziyyətindən, məktəb tikintisindən, Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda qazandığı uğurlardan, məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun xidmətlərindən, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı naminə görülən işlərdən, vahid məktəbli formasının tətbiqindən, tədris ocaqlarının dərsliklərlə təminatıdan, məktəblərdə İKT-nin tətbiqi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, azərbaycanlı gəncılərin xaricdə təhsil almasına göstərilən dövlət qayğısından və digər vacib məsələlərdən geniş şəkildə bəhs edən nazir çıxışını təhsil sisteminin ayrı –ayrı sahələrinə dair konkret rəqəmlərlə əsaslandırıb.
       Daha sonra çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü, Mərkəzi Bankın departament direktoru Emin Hüseynov, Nərimanov rayonundakı 182 nömrəli körpələr evi-uşaq bağcasının müdiri Ulduz Məmmədova, Bakı şəhər 6 nömrəli məktəb-liseyinin ibtidai sinif müəllimi Gülşən Orucova, "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin eksperti Fuad Dərgahlı, texnika elmləri doktoru Sübhan Namazov, 23 nömrəli orta məktəbin müəllimi Solmaz Abdullayeva Azərbaycan təhsilinin keçdiyi inkişaf yoluna nəzər salıb, mövcud problemlər, qarşıda duran vəzifələr haqqında fikirlərini bildirib, təklif və tövsiyyələrini nəzərə çatdırıblar.
       Sonda 2008-2009-cu dərs ilində ilk dəfə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərindən bəhs edən "İlk 50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" kitabı nominantlara təqdim edilib.


8 il əvvəl