• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yüksək nəticə göstərən məktəbli şahmatçılarla videokonfrans

İyunun 11-də Təhsil nazirinin müavini Firudin Qurbanov şahmat üzrə onlayn beynəlxalq yarışlarda uğur qazanmış nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri ilə videogörüş keçirib.

"Microsoft Teams” platforması üzərindən keçirilən görüşdə nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, müəssisə rəhbərləri, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə “Beynəlxalq Təhsil Kuboku”nda və şahmat üzrə onlayn Avropa çempionatında yüksək nəticə əldə etmiş məktəbli-şahmatçılar iştirak ediblər.

Firudin Qurbanov çıxışında ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısını, ulu öndər Heydər Əliyevin şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı gördüyü işləri, Ümummilli liderin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən etibarən ölkəmizin əksər şəhər və rayonlarında şahmat məktəblərinin açılmasını, əldə edilən nailiyyətlərin yeniyetmələr arasında şahmata marağın daha da artırılmasına şərait yaratdığını bildirib. Hazırda beynəlxalq aləmdə tanınan məşhur şahmatçılarımız əsasən bu məktəblərin yetirmələridir.

Bildirilib ki, şahmatın inkişafına göstərilən diqqət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilib, 2009-cu ildə şahmatın inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib. Proqramın icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən bir sıra əhəmiyyətli işlər görülüb.

Şahmatın geniş təbliği, bu idman növünə meyil və marağın gücləndirilməsi məqsədilə “Şahmat” fənni ümumtəhsil məktəblərinin tədris fənləri sırasına daxil edilib. Dünyada koronavirus (COVID-19) pandemiyasının geniş yayılması ilə əlaqədar çox sayda ölkədaxili, beynəlxalq idman tədbirləri təxirə salınıb.  

Nazir müavini mövcud vəziyyətlə əlaqədar onlayn platforma üzərindən təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb, gənc şahmatçıları mötəbər turnirlərdə əldə etdikləri yüksək nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 9-10 may tarixində  Təhsil Nazirliyinin, Milli Məclisinin Gənclər və İdman Komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi ilə onlayn platforma üzərindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə “Beynəlxalq Təhsil Kuboku” keçirilib. Turnirin təşkilində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət olub. 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustasının qatıldığı onlayn “Beynəlxalq Təhsil Kuboku”nda ümumi hesabda Xəzər Babazadə (“Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM) 4-cü yeri, Vüqar Manafov (“Təhsil” RİM-in 4 nömrəli İOEUGİŞM) 5-ci yeri, Əhməd Əhmədzadə (“Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM) 9-cu yeri, Aydın Süleymanlı (“Təhsil” RİM-in 3 nömrəli RİOEUGİŞM) 12-ci yeri tutmuşlar. 12 yaşadək şahmatçılar arasında 2-ci yeri Rüstəm Rüstəmov (Sumqayıt şəhər 2 nömrəli UGİŞM), qızlar arasında 1-2-ci yerləri Gövhər Beydullayeva (Bakı şəhər 308 nömrəli tam orta məktəb) və Mələk İsmayıl (Sumqayıt şəhər 2 nömrəli UGİŞM) tutub.

          16-31 may 2020-ci il tarixində Avropa Şahmat Birliyinin təşkilatçılığı ilə şahmat üzrə onlayn Avropa çempionatı keçirilib. 34 ölkədən 249 şahmatçının qatıldığı Çempionatın “A” qrupunda reytinqi 1400-dək olan şahmatçılar arasında “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Gülsənəm Ağayeva ümumi hesabda 2-ci yerə, qadınlar arasında 1-ci yerə, Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Selcan İsmayıl qadınlar arasında 2-ci yerə, Samux Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Aytac Məmmədova 3-cü yerə layiq görülüblər.

40 ölkədən 277 şahmatçının iştirak etdiyi Avropa çempionatının “D” qrupunda reytinqi 2300-dək olan şahmatçılar arasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Murad İbrahimli Avropa çempionu adını qazanıb, 2-ci yerə erməni şahmatçısını üstələyən “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli layiq görülüb.


3 il əvvəl