• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Virtual məktəbdə yeni xidmətlər istifadəyə verilib

Virtual məktəb  istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri təqdim olunub.

Xidmətlərdən yararlanmaq üçün https://virtual.edu.az saytına daxil olub, “e-Poçt” və “e-Saxlanc” keçidlərindən istifadə etmək lazımdır.

50GB həcmində olan “@student.edu.az” elektron poçtu vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi mümkündür. İstifadəçilər elektron poçt vasitəsilə yazışma, çevik axtarış sistemi, təqvim və fərdi işin planlaşdırılması kimi alətlərdən istifadə edə bilərlər.

Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq müxtəlif təhsil pillələrinə aid elan və yeniliklər virtual məktəb istifadəçilərinin “@student.edu.az” e-poçt ünvanına göndəriləcək.  İstifadəçilər öz elektron poçt qutularından virtual məktəbə daxil olarkən istifadə etdikləri istifadəçi adı və şifrəni daxil etməklə faydalana bilərlər.

Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsi ilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi mümkündür. İstifadəçilər internetə çıxışı olan istənilən qurğudan virtual məktəbə daxil olarkən istifadə etdikləri istifadəçi adı və şifrə ilə virtual saxlancına daxil olub oradakı məlumatları əldə edə və digər istifadəçilərlə birlikdə ortaq əməliyyatlar apara bilərlər.


3 il əvvəl