• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sağlam təhsil-sağlam millət” layihəsi növbəti tədris ilində də davam etdiriləcək

Təhsil naziri Ceyhun Bayramov 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığının təmin edilməsi məqsədilə əmr imzalayıb. 

Əmrə əsasən, növbəti tədris ilində 34 ümumi təhsil müəssisəsinin 49 birinci sinfinə layihə çərçivəsində qəbul həyata keçiriləcək. Sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində  məktəbəhazırlıq qrupları təşkil ediləcək və bu qruplara da qəbul aparılacaq.

Həmçinin sağlam təhsil texnologiyalarının tətbiq olunduğu birinci siniflərin müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi, bu texnologiyaların mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib. Layihənin tətbiq olunduğu  məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.


3 il əvvəl