• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yaz imtahan sessiyası başladı

İyunun 8-də ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yaz imtahan sessiyasına start verilib. 

İmtahanlar COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə təşkil olunub. Cari imtahan sessiyasında akademik borcu yaranan tələbəyə hər bir fənn üzrə bir dəfə olmaqla təkrar imtahanda iştirak hüququ yaradılacaq.  Eləcə də, tələbə akademik borcu əvvəlki semestrlərdə yaranmış maksimum iki fənn üzrə ( hər fəndən bir dəfə olmaqla) də təkrar imtahanda iştirak edə biləcək. Təkrar imtahan üçün ödəniş tələb olunmur.

Yaz imtahan sessiyasına özünü hazır hiss etməyən tələbələr iştirakdan imtina edə bilərlər.  Bu tələbələr üçün avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir).Tələbə təhsil aldığı təhsil müəssisəsinə müraciət edərək, təşkil olunan 4 həftəlik məsləhət saatlarına qatıla bilər. Məsləhət saatlarında əsas mövzular üzrə istiqamətlər veriləcək. Avqustun sonundan sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanda iştirak şansı yaradılacaq. 

Həmçinin, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə).

Qeyd edək ki, bu yaz imtahan sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək.

 

İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri


3 il əvvəl