• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının final turunun ilk mərhələsi

İyunun 5-də Respublika fənn olimpiadalarının riyaziyyat və fizika fənləri üzrə final turu keçirilib. 

Final turu Bakı, Şirvan, Mingəçevir şəhərləri, Quba rayonu  və Naxçıvan Muxtar Respublikası olmaqla 6 müxtəlif mərkəzdə təşkil edilib.

Hər bir fənn üzrə 72 şagirdin iştirak etdiyi final turunda şagirdlərə 5 tapşırıq təqdim edilib və həlli üçün 4 saat vaxt verilib. 

Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb. Məktəblilərin əvvəlcə hərarətləri yoxlanılıb, daha sonra olimpiadada iştirakına icazə verilib. 

Respublika fənn olimpiadalarının respublika mərhələsi aşağı və yuxarı olmaqla iki müxtəlif yaş qrupları üzrə aparılır.

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.


3 il əvvəl