• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Üç alov” adlı beynəlxalq festivala yekun vurulub

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” uşaq və gənclərin beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına yekun vurulub.

COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən festivalın əsas məqsədi müxtəlif ölkələrin adət-ənənələri və zəngin mədəni irslərinin öyrənilməsi, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, incəsənət sahəsində istedadlı, eləcə də perspektivli uşaq və gənclərin aşkara çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Festivalda iştirak etmək üçün respublikamız və digər ölkələrdən məktəblilər, dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər daxil olmaqla 1750 uşaq və gənc qeydiyyatdan keçib.

Festivalda respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı İtaliya, Moldova, Qazaxıstan, Rusiya, Belarusiya, Özbəkistanı təmsil edən iştirakçılar çıxış ediblər. Festivalın final mərhələsi 3 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar. Münsiflər heyəti tərəfindən festivala təqdim olunan ifalar üzrə 1750 iştirakçıdan 250 nəfəri seçilərək folklor, klassik, müasir bölmələrin hər nominasiyasında I, II, III və həvəsləndirici yerlər üzrə qiymətləndirilməsi aparılıb.

Qaliblər diplom, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub. Festivalin “Qran-pri” mükafatına isə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının vokal qrupu layiq görülüb.


3 il əvvəl