• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Virtual məktəb” layihəsi çərçivəsində məktəb direktorları və müavinləri ilə görüş

"Virtual məktəb" layihəsinin yaratdığı imkanlar mövzusunda məktəb direktorları və müavinləri ilə canlı görüş keçirilib. Ümumilikdə 1418 nəfərin iştirak etdiyi görüşdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və "Microsoft Azərbaycan" şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov tərəfindən mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb. 

Görüşdə virtual məktəbdə tədris prosesinin təşkili, təhsilin idarəolunması və təhsilverənlərin peşəkarlığının inkişafı imkanları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, platforma məktəb rəhbərləri üçün aparılan virtual dərslərin izlənilməsinə, məsafədən təşkil olunmuş dərslərin səmərəliliyinin ölçülməsinə və icmallaşdırılmış məlumatların toplanılması və təhlilinə şərait yaradır. Eyni zamanda virtual məktəbdə xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək mümkündür.  

Bununla yanaşı, layihə çərçivəsində distant dərslərdə istifadə olunan interaktiv alətlər, şagirdlər arasında keçirilən “Virtual əlaçı” bilik yarışması, yay aylarında nəzərdə tutulan müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar barədə məlumat verilib. Həmçinin, görüş iştirakçılarının platformada görmək istədikləri yeni funksionallıqlar və tədbirlər barədə  təklifləri dinlənilib.


3 il əvvəl