• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsil müəssisəsində tibbi maska istehsalına başlanılıb

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb.

Maska istehsalı Türkiyə və Çindən gətirilmiş müasir avadanlıqlar vasitəsilə aparılır. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-ə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilib. İstehsal prosesi artıq ötən həftədən etibarən davam etməkdədir.

Qeyd edək ki, hazırda istehsal imkanı gündəlik 15 000 maskadır. Yaxın günlərdə bu rəqəmin gündəlik 50 000 maskaya çatdırılması planlaşdırılır. Müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldiləcək. Tibbi maskaları 15 may tarixindən  etibarən apteklərdən əldə etmək mümkün olacaq.


3 il əvvəl