• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn “Beynəlxalq təhsil  kuboku” təşkil olunub.

Yarışa Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakçılara videomüraciəti ilə start verilib. Firudin Qurbanov müraciətində ulu öndər Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişafı ilə bağlı gördüyü işlər, bu sahəyə göstərilən dövlət qayğısı, mövcud vəziyyətlə əlaqədar online platforma üzərindən təşkil olunan tədbirlərin əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzu edərək turniri açıq elan edib.

9-10 may 2020-ci il tarixlərində www.chess.com internet portalı üzərindən 17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq yarışda iştirak üçün 43 ölkədən 209 şahmatçı, o cümlədən 5 beynəlxalq qrossmeyster, 18 beynəlxalq usta, 38 FIDE ustası qeydiyyatdan keçib. Ölkəmizi bu turnirdə dünya və Avropa birinciliklərinin qalibləri və onlayn Qran-pri turnirinin final mərhələsinin iştirakçıları olmaqla ümumilikdə 37 şahmatçı təmsil edir.

Oyunlar  seçmə və final olmaqla 2 mərhələ üzrə keçirilir. Yarışın ilk günü seçmə mərhələdə beynəlxalq reytinqi 2400-dək olan şahmatçılar yarışıb. Final mərhələsində seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılan 2400-dən yuxarı reytinqli şahmatçılar mübarizə aparır. Final mərhələsinin oyunlarının “İdman Azərbaycan” kanalında canlı yayımı nəzərdə tutulub.

Təhsil Nazirliyinin təşkilatçılığı, Milli Məclisin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi ilə təşkil olunan yarışın əsasnaməsinə uyğun olaraq qaliblərə diplom və pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, onlayn platforma üzərindən təşkil olunan şahmat üzrə  “Beynəlxalq təhsil  kuboku”nun keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir.

Onlayn “Beynəlxalq təhsil kuboku”na dair müvafiq məlumatlarla qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz:

 

Təhsil nazirinin müavini Firudin Qurbanovun yarış iştirakçılarına müraciəti:

https://youtu.be/wg6omGVdGz4

 

Yarışın internet səhifəsi:

www.tehsilchess.az/itc2020

 

Yarışın əsasnaməsi:

https://www.tehsilchess.az/wp-content/uploads/2020/05/Esasname-ITC2020-AZE.pdf

 


3 il əvvəl