• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

9 May qələbəsinə həsr olunmuş onlayn rəsm müsabiqəsi

9 May-faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş "Heç kim unudulmur, heç nə yaddan çıxmır" mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. Müsabiqə Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Mövcud karantin rejimi ilə əlaqədar onlayn formada keçirilən müsabiqənin əsas məqsədi böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqət və qayğının daha da artırılması, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, eyni zamanda istedadlı və perspektivli gənclərin üzə çıxarılmasından ibarətdir.

3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə keçirilən müsabiqəyə uşaq-gənclər inkişaf mərkəzlərinin 220 dərnək üzvü tərəfindən ümumilikdə 250 rəsm işi onlayn formada göndərilib. Müsabiqəyə təqdim edilən işlər A-4 formatında, müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənib.

Yekunda münsiflər heyəti tərəfindən I, II və III yerlərin qalibləri müəyyənləşdirilərək diplomlarla mükafatlandırılıblar.


3 il əvvəl