• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bölgələrdə müddətli çalışan müəllimlərlə də onlayn müsahibələr keçiriləcək

Mayın 1-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qeydiyyat yekunlaşır.

Nəzərinizə çatdıraq ki, aprelin 29-dan qeyd olunan kontingentin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiqləmələri barədə məlumat yerləşdirilib. Bakı şəhəri üzrə son qeydiyyat tarixi bu gün saat 00:00-dur. Artıq Bakı şəhəri üzrə namizədlərin 90 faizi onlayn müsahibələrdə iştirakını təsdiqləyib. Mayın 2-də namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Mayın 4-dən isə onlayn müsahibələrə start veriləcək. İlkin olaraq keçiriləcək müsahibələrdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlər iştirak edəcək.

Bu müddət ərzində nazirliyin "Qaynar xətt"nə daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, bu gün axşam saatlarından etibarən digər şəhər və rayonlar üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin şəxsi səhifələrinə də onlayn müsahibələrdə iştiraklarına şərait yaradılması məqsədilə məlumat göndəriləcək.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq  təlimatla tanış olmalı, əlavə edilmiş hissəyə elektron ünvan daxil etməli və  7 may saat 00:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər.


3 il əvvəl