• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Şahmat üzrə onlayn Qran-pri turniri başa çatıb

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən onlayn Qran-pri turniri başa çatıb.Turnirdə 2003-cü il təvəllüdlü və daha kiçik yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının 300-dən çox şahmatçısı iştirak edib.

Oyunlar www.chess.com internet portalı üzərindən 6 seçmə və final olmaqla 7 mərhələ üzrə keçirilib. Məktəbli şahmatçıları həvəsləndirmək məqsədilə hər seçmə mərhələnin birində milli yığma komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılıb. Belə ki, məktəblilər Rauf Məmmədov, Eltac Səfərli, Namiq Quliyev, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova kimi şahmatçılarla mübarizə aparmaq imkanı əldə edib. Hər seçmə mərhələ oyunlara qatılan fəxri üzvlərin adı ilə adlandırılıb və onların yarışdakı nəticələri müsabiqədən kənar hesab olunub.

Bütün seçmə mərhələlər fəxri üzvlər tərəfindən “Youtube” üzərindən canlı olaraq şərh olunub. Final mərhələsində isə iştirakçılar oyunlarını kamera qarşısında canlı yayımda oynayıblar.


3 il əvvəl