• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərarası onlayn intellektual yarışlar

Məktəblilərarası onlayn şəkildə "Fibonacci" intellektual yarışmasına start verilib.

Aprelin 24-də keçirilən ilk oyunda Bakı, Sumqayıt və Xırdalan şəhərlərindən ümumilikdə 75 komandanın (təxminən 500 nəfər) iştirakı gözlənilir.

Yarışma əsasən VIII-XI sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq.

Eyni zamanda onlayn formatda məktəblilərarası "Nə? Harada? Nə zaman?" intellektual yarışının təşkili də nəzərdə tutulur. Aprelin 25-də keçiriləcək sınaq oyununda 50-dən çox komandanın iştirakı gözlənilir.

Qeyd edək ki, əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə  bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.


3 il əvvəl