• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri canlı proqramda uşaqları təbrik edib

Təhsil naziri Ceyhun Bayramov 23 Aprel - Milli Suverenlik ve Uşaq Bayramı Günü münasibətilə Yunus Əmrə İnstitutunun təşkil etdiyi canlı proqrama qatılıb. Təhsil naziri bu günün yalnız Türkiyə Respublikasının deyil, bütün dünyanın uşaqlarına hədiyyə edilən bir gün olduğunu deyib. 

Nazir ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində mövcud olan əlaqələrin inkişaf etdiyini vurğulayıb, qarşılıqlı əlaqələrin daha da yaxşılaşdırılması istiqamətində iki ölkə arasında hüquqi bazanın möhkəmləndirildiyini bildirib. Bu gün onlarla "Qardaşlaşmış məktəblər"in  mövcudluğunu qeyd edən Təhsil naziri universitetlərin müxtəlif birgə və ikili diplom proqramlarının qurulması üzərində səylərini davam etdirdiyini diqqətə çatdırıb. 

Ceyhun Bayramov bu günlərdə uşaqların təhsildən kənarda qalmaması üçün Azərbaycan və Türkiyə dövlətlərinin yaratdığı imkanları vurğulayıb və uşaqları bu gün münasibətilə bir daha təbrik edib.


3 il əvvəl