• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsi

Aprelin 20-dən “Evdə qalaq, nəğmə deyək” onlayn respublika mahnı müsabiqəsinə start verilir. Müsabiqə mayın 5-dək davam edəcək.

İki mərhələdən ibarət olan müsabiqədə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edə bilərlər. Müsabiqə 2 yaş qrupu üzrə (7-13; 14-20 yaş) keçirilir. Müsabiqəyə hər yaş qrupu üzrə bir mahnı təqdim olunmalıdır və mahnı seçimi sərbəstdir. Proqrama xalq mahnıları, Azərbaycan bəstəkarlarının mahnıları, vokal və xarici estrada əsərləri daxil edilə bilər. İştirakçının təqdim etdiyi mahnı 2-3 dəqiqədən çox olmamaq şərti ilə minus və akopella oxuna bilər. Videogörüntünün üzərində iştirakçının ad və soyadı, yaşı, təmsil olunduğu müəssisənin və rayonun  (şəhərin) adı qeyd edilərək aprelin 30-dək  Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin e-mail ünvanına (grbye@mk.edu.az)  göndərilə bilər.

Sonda qaliblər diplomlarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən təşkil olunan müsabiqənin əsas məqsədi yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsi, istedadlı və perspektivli uşaqların üzə çıxarılmasından ibarətdir.


4 il əvvəl